VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qanunsuz şəkildə azad edilmiş 82 nəfəri əvvəlki işlərinə bərpa etdirib.

Verilən məlumata görə, qurum tərəfindən gecikdirilmiş 108513 manat əmək haqqı, zərərə görə ödənc və s. işçilərə ödənilməsi də təmin edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/71869


Azərbaycanla Çin arasında saziş imzalanıb. Bizim infrastrukturmuz və insan potensialımız hazır olandan sonra, ildə təxminən 200 min çinli turist Azərbaycana gələcək.

BAKU.WS xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadədir İTV-də yayımlanan 3D proqramında bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/71873


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Növbəti belə tədbiri AQTA əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonunda keçiriblər.

Daxil olan məlumat əsasında Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71877


Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Təmirdən Ras əl-Ayn şəhərinə yollanıb.

Bu barədə erməni terrorçularından ibarət batalyon müvafiq bəyanatla çıxış edib.

Qeyd edək ki, Nubar Ozanyan adlı terrorbaşının adını daşıyan batalyon Suriya ərazisində müxtəlif cinayətlər törədib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/71878


Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq. 1 iyul 2018 - 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq.

1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/71879


Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/71882


Bir neçə gündür sosial şəbəkələrin qəhramanına çevrilmiş Pərvanə Əhmədova videomüraciət yayıb.

Pərvanə Əhmədova heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, özünəməxsus formada müxalifət düşərgəsinə müraciət edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71892


Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” və mütəşəkkil dəstəsi ifşa edildi.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/71901


Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII zirvə görüşü başa çatıb.

Tədbirin yekununda Bakı Bəyannaməsi imzalanıb, təşkilata sədrlik isə rəsmən Azərbaycana keçib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71908


Prezident İlham Əliyev İsa Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71917

BAKU.WS