Zabit Səmədov Venesuela prezidenti ilə görüşdü - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Venesuela prezidenti Nikolas Maduro Türkiyədə rəsmi səfərdə olub. Bu zaman xarici ölkənin dövlət başçısı həyat yoldaşı Siliya Floreslə retinqli layihələrdən olan “Kuruluş Osman” serialının çəkiliş heyəti ilə görüşüb.
BAKU.WS xəbər verir ki, həmin vaxt azərbaycanlı kikboksçu Zabit Səmədov da yaradıcı heyət arasında olub. Maduro Zabit Səmədovla da görüşüb. Bu haqda idmançı özü məlumat verib. O, sosial şəbəkə hesabında həmin anları əks etdirən görüntülər və fotolar paylaşıb.
59 yaşlı prezident bu serialın daimi tamaşaçısı olduğunu və aktyorları yaxşı tanıdığını deyib. Maduro "Gəncə bəy" obrazını canlandıran Səmədova onun da aktyorluq qabiliyyətini çox bəyəndiyini söyləyib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...