Yolu necə gəldi keçən gənclər baxsın bu VİDEO-ya

Yolu necə gəldi keçən gənclər baxsın bu VİDEO-ya
Video
Video 5996
DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını maarifləndirmək üçün iki sosial çarx hazırlayıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təbliğat xarakterli həmin videolar sürücüləri və piyadaları maarifləndirmək üçün çəkilib. Videoların birində tələskənlik edərək yolu necə gəldi keçən gənclər əks olunub. Yol polisi bu video ilə piyadaların diqqətini yollarda hərəkət zamanı ayıq-sayıq olmağa və tələsməməyə yönəldir. Çünki tələsmək xəyallarla yanaşı, həyata da son qoya bilər. Digər videoda isə mal-qara sahiblərinin yollarda hərəkəti əks olunur. Son vaxtlar mal-qara sahiblərinin heyvanları yoldan necə gəldi keçirməsi, nəzarətsiz buraxması yol qəzalarına səbəb olur. DYP bu animasıya ilə mal-qara sahiblərinin yollarda davranış qaydalarını və məsuliyyətini diqqətə çatdırır. Hər iki videonun televiziya və radio kanallarında, eləcə də digər kütləvi informasiya vasitələrində mütəmadi yayılması nəzərdə tutulur. Tuncay BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DYP yük avtomobili sahiblərinə xəbərdarlıq edib

DYP yük avtomobili sahiblərinə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edib. İdarənin ictimaiyyətlə ə...

1598 Sosial 13:28 16 dekabr 2017

Son xəbərlər