Yol polisi moped və velosiped sürücülərinə jilet payladı - FOTO/VİDEO

Yol polisi moped və velosiped sürücülərinə jilet payladı - FOTO/VİDEO
Foto Video
Video 150

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində moped və velosiped sürücülərinə xüsusi işıqqaytarıcı jiletlər paylanılıb.

Aksiya paytaxtın müxtəlif ərazilərində keçirilib. Çatdırılma xidmətini həyata keçirən şəxslərə bu jiletlər hədiyyə edilib və onlarla maarifləndirici söhbətlər aparılıb.

Aksiyanın keçirilməsində məqsəd mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir.

Qeyd edək ki, sutkanın qaranlıq vaxtı, xüsusilə məhdud görünmə şəraitində bu jiletlərdən istifadə edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər