Yevlaxda Hindistan sortu olan 260 baş çamış saxlanılır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son illər Azərbaycanda camışların sayında azalma müşahidə edilsə də, Aran bölgəsində, xüsusən də Yevlaxda bu heyvana maraq hələ də qalmaqdadır.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, istiyə, xəstəliyə davamlı olan bu canlılar qidanı çox qəbul etsə də, südünün və qatığının yağlılığı ilə seçilir. Elə bunu nəzərə alan yevlaxlı fermer Qoyun Binəsi kəndində Hindistan sortu olan camış bəsləyir. Südlük istiqamətli heyvanlar yerli mühitə tam uyğunlaşıb.
Rayonun iqlimi də camışçılığı inkişaf etdirməyə imkan verir. Camış üçün vacib olan su və qamış bol olduğundan heyvanların bəslənməsində hər hansı çətinlik yaşanmır.
Hazırda təsərrüfatda 260 baş camış var ki, onun da 150-si sağılır.
Təsərrüfatda 43 nəfər işlə təmin edilib.
Gələcəkdə burada süd emalı müəssisəsinin açılması planlaşdırılır.
Oxşar xəbərlər
Fermerlərə MÜRACİƏT – Heyvanları çimdirmək vacibdir
Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə müraciət edib.Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iribuynuzlu heyvanlarda (inək, camış və z...