Yeni mənzilə sahib olmaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUSUN - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq mənzil almadan onun komunnal xərclərini müəyyən etmək mümkün olacaq.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu yenilik Nazirlər Kabinetinin təsdiqlədiyi enerji effektivliyi ilə bağlı qərarda əksini tapıb.
Energetika Nazirliyinin şöbə müdir müavini Nərgiz Bağırlı bildirir ki, binaların təyinatından asılı olaraq hər kvadrat metrə görə nə qədər enerji sərf edildiyi müəyyən ediləcək. Sərf olunan enerji miqdarına görə isə sinfləndirmələr aparılacaq. Bununla da vətəndaşlar mənzil sahibi olmazdan öncə hansı binanın kommunal xərclər baxımdan daha sərfəli olduğunu öyrənə biləcək.
Qurum rəsmisinin sözlərinə görə, sinifləndirmə A, B, C, D və E kateqoriyaları üzrə olacaq. Bu kateqoriayalar binanın enerji sərfinə uyğun olaraq təyin ediləcək. A,B və C sinfinə aid olan binalar enerji sərfiyyatı baxımından daha səmərəli hesab olunur.
Nərgiz Bağırlı bildirir ki, 2022-ci ilin iyun ayından etibarən D və E sinfində layihələndirilən binaların tikintisinə icazə verilmir. Çünki bu binalar daha çox enerji sərf edir və bu da vətəndaşın daha çox xərcə düşməsinə səbəb olur.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...