Yanğından zərər çəkmiş 57 sahibkara 570 min manat maddi yardım ödənilib - VİDEO
05
apr
2019
22:36
Bu gündən "Diqlas" ticarət mərkəzində yanğından zərər çəkən 57 sahibkara maddi yardım verilib.BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, sahibkarlara 570 min manat məbləğində maliyyə yardımı edilib.Nazir, həmçinin yanğından zərər çəkməmiş anbarlardakı malların inventarlaşdırılmasına başlanılacağını da qeyd edib. Bundan sonra sahibkarlara ödəniləcək ziyanın məbləği tam müəyyənləşəcək.Maddi yardım alan sahibkarlar bu vəziyyətdən məmnun olduqlarını bildiriblər.Sahibkarlara nəzərdə tutulan yardımı almaları üçün bank kartları təqdim olunub.Şahin Mustafayev ticarət mərkəzinin binasının aqibəti məsələsinə də toxunub.BAKU.WS
Oxşar xəbərlər
“Diqlas”dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlandı
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım...