Yağış bölgələrdə fəsadlar törətdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti bır sıra fəsadlar yaradıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Goranboya dolu yağıb. Hava şəraitinin qəfil dəyişməsi ilə əvvəlcə leysan yağıb, sonra doluya çevrilib. İri buz parçları rayon mərkəzi ilə yanaşı, Qızılhacılı qəsəbəsində, Boluslu, Məşədiqaralar kəndlərində müşahidə edilib.
Ölçüsü qoz, fındıq boyda olan dolu 10 dəqiqəyə yaxın davam edib. Təbiət hadisəsi payızda yetişən meyvələrə zərər vurub. Həmçinin rayonun bir sıra kəndlərində elektrik enerjisi verilişində fasilələr yaranıb.
Daşkəsəndən də sel keçib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar və Gəncəçay-Alaxançallı məntəqələrindən qısamüddətli sel keçib.
Ölkədə sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Oxşar xəbərlər
Daşkəsəndə təbii fəlakət nəticəsində bağlanan Çanaxçı-Alaxançallı yolunda hərəkət bərpa edilib - FOTO
Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda artan sel suları nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxç...