Xocalı şahidi Dürdanə Ağayevanın dəfn mərasimi keçirilir - VİDEO
05
avq
2024
14:06
Xocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalmış Dürdanə Ağayevanın dəfn mərasimi keçirilir.
D.Ağayeva uzun sürən onkoloji xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, səkkiz gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.
D. Ağayeva əsirlikdən sonra "Erməni zindanında səkkiz gün" kitabını yazıb.
Bu barədə Baku TV-də yayımlanan görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun vəfatından 32 il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anım günüdür. Onun vəfatından 32 il ötür. Allahverdi Teymur oğlu Bağırov 1946-cı ilin aprelin 22-də Ağ...