Xətai sakinlərinin uzun müddətdir üzləşdiyi problem yaxın günlərdə həll olunacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda şəhidlərin adına park salmaq və abidə tikmət üçün ərazidə tikinti işləri başlanılıb. Lakin tikinti yarımçıq qalıb və uzun müddət keçməsinə baxmayaraq işlər tamamlanmayıb.
Söhbət Gəncə prospekti 95 ünvanında, 271 saylı uşaq baxcasının qarşısındakı ərazidən gedir. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər. Sakin Cavid Babayev bildirib ki, ərazidə tikinti işlərinə başlanılıb. Lakin sonradan tikinti dayanıb. Lakin ərazi təmizlənməyib.
“Ərazidən keçmək olmur. Qışda palçıqdan tərpənmək olmur. Yayda da, ərazidə ilanvə həşəratlar olur. Yaxınlıqda uşaq baxçası var və azyaşlılar üçün həmin vəziyyət çox təhlükəlidir”, - deyə Cavid Babayev bildirib.
Məsələyə aydınlıq gətirmək üçün Xətai rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov BAKU.WS-ə bildirdi ki, həqiqətən də həmin ərazidə aparılan tikinti işləri yarımçıq qalıb. Onun sözlərinə görə, yaxın vaxtlarda məsələ həllini tapacaq.
“Orada özəl şirkət tərəfindən şəhidlər üçün abidə nəzərdə tutulub. İndi bu məsələ qanunla tənzimlənir. Kim istəsə şəhid adını əbədiləşdirə bilməz. Ona görə də, bu məsələ tərəfimizdən nəzarətdədir. İndi kimsə özünə borc bilir şəhidlərin adına nəsə açsın.
Lakin unutmaq olmaz ki, bu məsələ xüsusi qanunla tənzimlənir. Həmin əraziyə də Xətai İcra Hakimiyyəti əməkdaşları tərəfindən baxış keçiriləcək. Araşdırmalardan sonra məsələyə aydınlıq gətiriləcək”, - deyə qurum rəsmisi bildirib.
Ümid edirik ki, problem tezliklə həll olunar və sakinlər üçün rahat yaşayış təmin edilər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...