Xərçəngə qalib gələn gənc: "Saçımı ilk dəfə atam kəsdi" - VİDEO

Xərçəngə qalib gələn gənc: Saçımı ilk dəfə atam kəsdi - VİDEO
Video
Video 14

"Xərçəng xəstəsi olduğumu 14 yaşımda bildim. Həmin vaxt müharibə idi deyə həkimlər cəbhələrə ezam edilmişdi. Biz bunun üçün Türkiyəyə getməli olduq. Daha sonra yenidən Azərbaycana qayıtdıq. Amma 3 aydan bir müayinələrə gedirdim".

Bu sözləri BAKU.TV-də yayımlanan "Arzunun vaxtı" verilişinə müsahibəsində xərçəngə qalib gələn gənc model Xədicə Rəhimova deyib.

Xədicə bildirib ki, saçı töküldükdən sonra onu kəsdirmək məcburiyyətində qalıb. Gənc modelin saçlarını atası kəsib:

"Bu xəstəliyə tutulandan sonra bir dəfə depressiyaya düşdüm. O da saçlarım tökülürdü deyə pis olurdum. İlk kimyoterapiya çox ağır idi. İki həftə sonra təsirini göstərdi. Əlimi saçlarıma atanda saçım əlimdə gəlirdi. Saçımı ilk dəfə atam kəsdi".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər