Xaricdən gətirilən canavarları gömrükdən belə keçiriblər - VİDEO

Sosial şəbəkələrdə və alqı-satqı saytlarında Bakıda canavar balası satışı ilə bağlı elan yerləşdirilib.
Elanın video versiyası da var. Həmin görüntülərdə də canavar balalarının satıldığı bildirilir.
BAKU.WS xəbər verir ki, apa tv həmin şəxslə əlaqə saxlayıb.
Özünü əvvəlcə Babək, daha sonra Vüsal kimi təqdim edən şəxs bildirib ki, hazırda Qazaxıstanda - Almaatıda yaşayır.
Elə canavar balalarını da oradan gətirir. O ki qaldı bu heyvanların sərhəddən necə keçirilməsi məsələsinə... Özündən öyrəndik ki, bu şəxs canavarları gömrükdən cins it adı ilə sənədləşdirib keçirirmiş.
Maraqlıdır, ümumiyyətlə, ölkəmizdə canavar satışı leqaldırmı?
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, canavar balalarının satışı tamamilə qanunsuzdur və bunun üçün nəzərdə tutulmuş cəza mexanizmi var.
Daxili İşlər Nazirlyindən isə bildirildi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
