Xaricdə çalışan azərbaycanlı müəllimlər Qarabağ Universitetində işləməklə bağlı müraciət ediblər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı xaricdə yaşayan azərbaycanlılar arasında böyük rəğbət hissi ilə qarşılanıb.
Dünyanın nüfuzlu ali məktəblərində işləyən azərbaycanlı alimlər, professorlar həmin təhsil ocağına öz töhfələrini vermək niyyətlərini bildiriblər.
Xaricdə çalışan alim və professorların bir qrupu bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib, Qarabağ Universitetində tədris etmək, öz bilik və təcrübələrini regionda təhsil mühitinin daha da yaxşılaşdırılmasına sərf etmək arzularını bildiriblər.
Həmin müraciətlərin bir neçəsini aşağıdakı linkdən izləmək olar:
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...