“Wilderness Cooking” “YouTube” kanalının sahibi BAKU.TV-də - VİDEO

BAKU.TV Qəbələnin Qəmərvan kəndində məşhur “Wilderness Cooking” “YouTube” kanalının sahibi Təvəkkül Aslanovun qonağı olub.
Milli mətbəximizi dünyada tanıdan bloqer təbiət qoynunda, qeyri-adi və mənzərəli yerlərdə müxtəlif təamlar hazırlayır.
“YouTube” kanalını qohumunun təkidi ilə açdığını deyən Təvəkkül Aslanovun Qəmərvanda “Qaya” adlı restoranı da fəaliyyət göstərir.
İki milyondan çox abunəçisi olan bloqer deyir ki, kanalının populyarlığının səbəbi hər şeyi olduğu kimi təqdim etməsidir.
“İnsan öz bişirdiyi yeməyi çox da bəyənmir. Mən kiminsə bişirib önümə qoyduğu yeməkdən zövq alıram”, - deyən Təvəkkül bəy kanalında yayımlamaq üçün hazırladığı yeməkləri adətən kəndin gəncləri, uşaqları ilə paylaşır.

Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...