Valideynlərə XƏBƏRDARLIQ - Diqqətli olun! - VİDEO

Valideynlərə XƏBƏRDARLIQ - Diqqətli olun! - VİDEO
Video
Video 925
Fövqəladə Hallar Nazirliyi azyaşlı uşaqların valideynlərinə müraciət edib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, son dövrlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə bağlı qapı arxasında və liftdə qalması barədə daxil olan əməliyyat məlumatlarının sayında artım müşahidə edilir.Belə ki, cari ilin iyul və avqust aylarında qaynar xəttə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub.Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.Bu kimi hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

78 yaşlı kişinin meyiti evindən tapıldı

78 yaşlı kişinin meyiti evindən tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması...

461 Hadisə 23:08 30 avqust 2019

Son xəbərlər