Uşaq pulu bərpa oluna bilər - ŞAD XƏBƏR - VİDEO
31
mar
2019
09:05
Uşaq pulunun verilməsi məsələsi hökumətin diqqətindədir.Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Hadi Rəcəbli deyib.Deputanın sözlərinə görə, bir necə müdddətdir ki, həm mediada, həm də sosial şəbəkələrdə tez bir zamanda uşaq pulunun veriləcəyi haqqında məlumatlar var. Bu məlumatların isə heç bir əsası yoxdur. Amma bu mövzu gündəmdədir və bununla bağlı araşdırmlar davam etdirilir.Hadı Rəcəbli əlavə edib ki, bəzən müavinətlərlə uşaq pulu qarışdırılır. Müavinətlərin verilməsində heç bir problem yoxdur və bu yaxınlarda onların verilməsində artımlar da oldu.Millət vəkili bildirib ki, bir çox xarici ölkələrdə uşaq pulu və bu kimi bir sıra islahatların həyata keçirilməsi demoqrafik vəziyyətlə bağlıdır. Onlar əhalinin artımı üçün bu tədbirləri görürlər. Amma ölkəmizdə demoqrafik problem yoxdur və hər il təxminən 100 minə qədər uşaq doğulur. Amma buna baxmayaraq bu istiqamətdə də bir sıra addımların atıması nəzərdən keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Gələn aydan uşaq pulu veriləcək xəbərinə RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində gələn aydan uşaq pulununun veriləcəyilə bağlı məlumatlar verilib.BAKU.WS xəbər verir ki, bununla ba...