Türkiyəli iş adamından Mübariz İbrahimovla bağlı duyğulandıran addım (VİDEO)

Türkiyəli iş adamından Mübariz İbrahimovla bağlı duyğulandıran addım (VİDEO)
Video
Video 5179
Türkiyəli iş adamı, mili qəhrəman Mübariz İbrahimovun şəklini sahibi olduğu şirkətin yük maşınlarına yapışdırıb. Onun bu addımı həm Azərbaycanda, həm Türkiyədə rəğbətlə qarşılanıb. Maşınları görən insanlar video çəkərək sosial şəbəkələrdə paylaşıblar. Lakin bəzi ölkələrin sərhəddində sürücülər bu şəkilə görə müəyyən problemlərlə üzləşir. Buna baxmayaraq türkiyəli iş adamı qərarını dəyişməyəcəyini bildirir.''Bir ölüb, min dirilərik''. Bir tərəfə Türkiyə bayrağı, digər tərəfə Azərbaycan bayrağı ortaya isə Azərbaycanın milli qəhramını Mübariz İbrahimovun şəkli çəkilib.Bu görüntülər Türkiyənin Trabzon şəhərində azərbaycanlı sürücülərdən biri tərəfindən çəkilib."Xəzər Xəbər" milli qəhramanımızın şəklini yük maşınlarına vuran Türkiyəli işadamını tapıb. Abdullah Özər əvvəllər maşınlara Türkiyədə terrorla mübarizədə şəhid olan əsgərlərin şəkillərini yapışdırıb. Sonradan Azərbaycana gələn Abdullah Özər burada Mübariz İbrahimov haqqında eşidib. Qərara gəlib ki, onun şəkillərini də yapışdırsın.Abdullah Özər deyir ki, bu addımı, həm Azərbaycanda, həm Türkiyədə çox böyük səvgiylə qarşılanıb. Maşınları görən insanlar videolar çəkib paylaşırlar. Ancaq Türkiyə-Gürcüstan sərhəddində erməni əsilli məmurlar sürücülərə müəyyən problemlər yaratmağa çalışıblar.Abdullah Özər ölkəmizdə gələrkən şəhidlərinin məzarlarını da ziyarət edib.Türkiyəli işadamı şəhidlər ölməz deyir.Yaşatmaq üçün isə onları bu yolla unutdurmamağa çalışır.BAKU.WS

Son xəbərlər