Türkiyənin riskli əməliyyatı baş tutdu - Azərbaycanlılar Türkiyədə - VİDEO

Türkiyənin riskli əməliyyatı baş tutdu - Azərbaycanlılar Türkiyədə - VİDEO
Video
Video 1534

Çində ortaya çıxan koronavirus epidemiyası səbəbilə Türkiyəyə təxliyə edilən 42 şəxsi daşıyan hərbi təyyarə "Ankara Etimesgut Hərbi hava limanı"na eniş edib.

BAKU.WS Türkiyə KİV-inə istinadla xəbər verir ki, 32 saat davam edən "Koca Yusuf" əməliyyatı müvəffəqiyyətlə tamamlanıb.

32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Alban vətəndaşı daxil olmaqla ümumilikdə 42 nəfər ailəsi ilə birlikdə Ankraya gətirilib. Bütün zəruri tədbirlər görülüb. Bildirilib ki, 42 nəfərin heç birində xəstəlik əlamətləri müşahidə olunmayıb.

Təyyarənin ekipajı, texniki heyəti, tibb işçiləri və sərnişinləri daxil olmaqla cəmi 62 nəfər üçün 17 təcili yardım maşını hazır vəziyyətdə saxlanılıb. Uhandan gətirilən şəxslər "Zekai Tahir Burak" adına xəstəxanaya köçürülüb.

62 nəfər başqa xəstələrin olmadığı xüsusi xəstəxanada 14 gün ərzində tək otaqlarda karantində saxlanılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər