Çindən təxliyə olunan azərbaycanlıların vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Çindən təxliyə olunan azərbaycanlıların vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Şou-biznes 629

Hazırda koronavirus səbəbindən Ankarada karantində saxlanılan şəxslərin səhhətində problem yoxdur.

BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, sabah ilkin nümunələrin nəticələri açıqlanacaq.

“Təxliyə edilənlərdən götürülən nümunələrin analizlərinin nəticələrinin isə sabah məlum olması gözlənilir. Karantin müddəti 14 gündür.

Ümumiyyətlə, indiyədək Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq insanlar yoluxucu xəstəliklərə, o cümlədən qripə qarşı diqqətli olmalı, xəstəliklərdən qorunma təlimatlarına əməl etməlidir”, - deyə nazir bildirib.

Qeyd edək ki, Çində ölümcül koronavirusun geniş yayıldığı Uhan şəhərində yaşayan 42 nəfər ötən gün Türkiyəyə gətirilib.

32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Alban vətəndaşı daxil olmaqla ümumilikdə 42 nəfər ailəsi ilə birlikdə Ankraya gətirilib. Onlar Zəkai Tahir Burak adına xəstəxanaya yerləşdiriliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər