Türkiyəli deputat Azərbaycana təşəkkür etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Zəlzələnin ilk anından etibarən dağıntılar altında qalanların acısını dərindən hiss edən azərbaycanlı, qazaxıstanlı, qırğızıstanlı, özbəkistanlı və türkmənistanlı qardaşlarımız Türkiyədən maddi və mənəvi dəstəklərini əsirgəmədilər”.
Bu sözləri Türkiyə parlamentinin üzvü Rəcəb Şəkər TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası zamanı deyib.
“Bu çətin günlərdə TÜRKPA üzvü olan qardaşlarımız bizi tək buraxmadı. Xilasedici qüvvələr göndərdilər, çadırlar, səhra xəstəxanaları qurdular və əllərindən gələn bütün köməkliyi etdilər”, - deyə türkiyəli deputat əlavə edib.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
Milli Məclisdə TÜRKPA-nın komissiya iclası keçirilib
Martın 6-da Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib. Əvvəlcə Türkiyədə baş v...