Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru “Haber Global”a müsahibə verib - VİDEO

Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru “Haber Global”a müsahibə verib - VİDEO
Video
Video 51

Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahinin Azərbaycana səfəri davam edir.

“Haber Global”a özəl müsahibə verən Bekir Şahin Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.

Türkiyənin baş prokuroru Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibədə xüsusən Gəncə və Bərdədə dinc insanlara qarşı həyata keçirilən hücumlara toxunaraq bildirib ki, Azərbaycan bu cinayətləri beynəlxalq müstəviyə çıxaracaq və Türkiyə də bu mövzuda qardaş ölkəyə istənilən hüquqi yardımı verməyə hazırdır.

FETÖ terror təşkilatına qarşı mübarizəyə toxunan Bekir Şahin Türkiyə Baş Prokurorluğunda ən çox istintaq materiallarının məhz bu işlə əlaqədar olduğunu vurğuladı:

“Bu işlə bağlı təxminən 40 minə yaxın dosye var. Dövlət orqanları bu işi mütəmadi diqqətdə saxlayır və təqib edir. Dövlət orqanları hər zaman vaxtında tədbir görməlidir”.

Xatırladaq ki, ötən gün Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin Azərbaycanın Baş Prokuroru Kamran Əliyevlə görüşüb.

B.Şahin Azərbaycan Respublikası Prokurorluq orqanlarının 100 illiyi yubiley medalı ilə təltif edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident bu şəxsləri əfv etdi  - SƏRƏNCAM

Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...

9860 Siyasət 16:02 18 mart 2021

Son xəbərlər