Tovuz sakininin 15 ildir aldığı təqaüd kəsildi - VİDEO

Tovuz sakininin 15 ildir aldığı təqaüd kəsildi - VİDEO
Video
Video 137

Tovuz rayonunun Alakol kənd sakini, 42 yaşlı Aynur İsmayılovanın təqaüdü kəsilib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Aynur İsmayılova 15 ildir mübarizə apardığı qıcolma, yüksək təzyiq və eplepsiya xəstəliyinə görə əvvəllər ikinci qrup, daha sonra isə üçüncü qrup üzrə təqaüd alıb.

O, illərdir ki, təqaüd pulu ilə dərmanlarını aldığını bildirir. Lakin bir ildən çoxdur ki, təqaüdünün bərpası üçün aidiyyəti üzrə müraciətlər etsə də hər dəfə fərqli imtina səbəbləri ilə üzləşib.

Daha sonra vətəndaş Respublika Əlillərin Bərpa Mərkəzinə yönləndirilib. Ora da müraciət edən Aynur İsmayılova yenə çarəsiz qalıb.

Dövlət Tibb-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məsələyə münasibət bildirilib.

Daha ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər