Təlimlərə çağırılan vətəndaşlar döyüşə hazır olduqlarını bəyan edirlər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılmasından sonra vətəndaşlar bu qurumun yerli rayon idarələrinə axın etməyə başlayıb.
Onlar torpaqlarımızın işğaldan azad olunması üçün hər an döyüşə hazır olduqlarını bəyan edirlər.
BAKU.WS xəbər verir ki, Xəzər TV-nin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrində olub, buraya hərbi təlimlərə qeydiyyatdan keçmək üçün gələn vətəndaşlarla söhbətləşib.
Həmçinin mövzu ilə bağlı Bakı sakinlərinin münasibəti öyrənilib. Məlum olub ki, yaşından asılı olmayaraq hamı çağırışın gələcəyi günü gözləyir.
Oxşar xəbərlər
Kimlər hərbi təlimlərdə iştirakdan boyun qaçıra bilərlər? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixt...