Telefonlara tətbiq olunan rüsum qiymətlərə təsir edəcək? – VİDEO

Telefonlara tətbiq olunan rüsum qiymətlərə təsir edəcək? – VİDEO
Video
Video 4564
Şəxsi istehlak üçün Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu artırılıb. Təsdiq olunan rüsum məbləğlərinə görə yeni qiymət 30 manatdan 150 manata qədər təşkil edir. İndiyədək telefonların bu məbləğ 5 manat idi. Bəs rüsumun artırılması ölkəyə gətirilən mobil telefonların sayına, satış qiymətinə və yaxud alıcı qabiliyyətinə necə təsir edəcək?Mehdi Ənvər – Turist: “Bizim adamlar çox gəlir Bakıya. İldə 2-3 dəfə gəlirlər. O telefonu 1 ay işlədə bilərsən sonra bağlanır. Qeydiyyatdan keçməlisən. Bizə bu heç sərf etmir, bahadır”.Mehdi Ənvər deyir ki, Bakıya 6 ay əvvəlki gəlişində mobil telefonunu 5 manata qeydiyyatdan keçirib. Bu dəfə həmin telefon üçün 150 manat, xanımının bir qədər aşağı sinifdən olan telefonu üçün 30 manat qeydiyyat rüsumu tələb olunub. Mehdi kimi İrandan və digər yaxın ölkələrdən Azərbaycana mütəmadi səfər edən insanlar çoxdur. Elə xaricdə sərfəli qiymətə rast gəldiyi mobil telefonu şəxsi istifadəsi üçün alıb ölkəyə gətirən vətəndaşlarımız da az deyil. Yeni rüsum məbləğini nəzərə aldıqda sərfəli qiymət anlayışı aradan qalxmış olur. Yeni rüsum məbləğinin daxili bazara təsiri, telefon mağazalarında qiymət artımının yaşanıb yaşanmayacağı maraqlıdır.Satıcılar yeni rüsumun mağazalardan çox alıcılara təsir edəcəyini deyirlər. Pünhan Nəsirov – Satıcı: “Bizim kimi mağazalara demək olar ki, elə də böyük təsiri yoxdur. Çünki, belə deyək, əvvəllər telefonu 269 manata satırdım. Bəzi yerlərdə ucuz satırdılar deyə, satışım az idi. Alıcıya bu sərf etmir. Çünki 200 manatlıq telefona gücü çatdığı halda Azərbaycana gəlib çıxan telefonun qiyməti bir az da qalxır”.İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz qərarın sırf şəxsi istehlak adı ilə gətirilən telefonların satışa çıxarılması hallarının qarşısını almaq məqsədi daşıdığını deyir. Osman Gündüz – Ekspert: “Şəxsi məqsədlər üçün Azərbaycana telefon gətirənlər arasında telefonun satışını həyata keçirənlər də var. Deyək ki mindən biri. Şirkətlər də iddialıdırlar ki, bu məqsədlə satılan telefon onların bazarına təsir edir. 5-10 nəfər hər hansı qurumun nəzarətindən kənarda biznes ilə məşğul ola bilirsə, 100.000-lərlə insan bunların güdazına getməlidir”.Xaricdən fikizi şəxslərin gətirdiyi mobil telefonlar üçün qeydiyyat rüsumu belədir: Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 100-200 dollar arası 50 manat, 200 dollardan 400 dollara qədər oloan telefonlar üçün – 60 manat, 400-700 dollarlıq telefonlara – 70 manat, 700-1000 dollar arası olduqda 100 manat, 1000 dollardan yuxarı telefonlar üçün isə 150 manat göstərilir.BAKU.WS

Son xəbərlər