Sürücülərdən "Satılır" elanına görə tətbiq ediləcək cərimələrə etiraz: ""Satıram" sözünü qoyub rahat da satıram" (VİDEO)

22
avq
2017
15:57
Azərbaycanda öz maşınına "Satılır" elanı yazanların cərimələnəcəyi ilə bağlı xəbərə vətandaşlar öz fikirlərini bildiriblər. BAKU.WS paytaxt sakinləri arasında sorğu keçirib. Sorğuda iştirak edən bir neçə nəfərin rəyi fərqli olub:“Niyə mən hər dəfə maşın bazarına getməliyəm. Hər dəfə maşın bazarına girəndə qapıda məndən 15 manat alırlar. Hələ bilmirəm, satacağam, yoxsa yox. Bunun nəyi pisdir ki? “Satıram” sözünü qoyub rahat maşınımı satıram. Marşrutlarda min dənə reklam var. Onlara bir söz deyən yoxdur ”.Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ötən gün bildirib ki, "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.TuncayBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda öz maşınına "Satılır" elanı yazanlar cərimələnəcək - 50 - 2000 AZN
"Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilə...
