Sumqayıtda xaos: Taksilər avtobusların hərəkətinə mane olurlar - VİDEO

Sumqayıt şəhərinin 20 Yanvar küçəsində xaotik vəziyyət hökm sürür.
BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, bu küçədən istifadə edən 30 saylı marşrut üzrə hərəkət edən avtobusların sürücüləri mövcud vəziyyətin yaranmasında taksi sürücülərini günahlandırırlar. Taksi sürücüləri isə fərqli fikirdədirlər.
Onlar avtobusların hərəkətinə mane olmadıqlarını qeyd ediblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsindən verilən məlumata görə, 20 Yanvar küçəsində nəqliyyatın hərəkəti olduqca intensiv xarakter daşıyır.
Bununla bağlı tez-tez həmin ünvanda reydlər və tədbirlər həyata keçirilir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
