"Sovetski"də qızğın iş gedir (VİDEO)

Sovetskidə qızğın iş gedir (VİDEO)
Video
Video 3438
Bakının “Sovetski” kimi tanınan ərazisinin ətrafında böyük sahədə yaşıllaşdırma və abadlıq işləri gedir. Həmin ərazidə yeni yol-nəqliyyat infrastrukturu yaradılıb və ərazinin müasir tələblərə cavab verən, göz oxşayan layihəyə uyğun abadlaşdırılması işləri davam edir. BAKU.WS-in məlumatına görə, aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Ərazidə park salınması nəzərdə tutulub. Tikinti sahəsində sıx yaşıllıq olacaq. Əhalinin dincəlməyi üçün oturacaqlar da olacaq. Tikinti də işləyən əməkdaşlar bildiriblər ki, parkın ərazisində kafe və restoranlar da olacaq. Tuncay BAKU.WS

Son xəbərlər