İsmayıllıda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvan müəyyənləşdi - YENİLƏNİB/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvan müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
***10.57
Üzərində Azərbaycan Bayrağının rəngləri əks olunmuş süpürgə etirazlara səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İstifadəçilərin sözlərinə görə, süpürgə İsmayıllı rayonunda mağazaların birindən alınıb. Onun rəngləri elə alan şəxsin özünü də heyrətə gətirib.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...