İsmayıllı-Lahıc-Burovdal yolunda son vəziyyət: Hərəkət bərpa olunub - VİDEO

01
iyn
2023
11:42
İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrində yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.
Oxşar xəbərlər
Avtomobil yollarındakı vəziyyət necədir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:30-a olan vəziyyət barədə yeni açıqlama y...
