Siyavuş Novruzov: “Polisdən qovulanlar vəkil oldu" - VİDEO

Siyavuş Novruzov: “Polisdən qovulanlar vəkil oldu - VİDEO
Video
Video 319

Milli məclisin deputatı Siyavuş Novruzov yenə də ağır ittihamları ilə diqqət çəkib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, deputat parlamentin növbəti iclasında, ailə problemləri mövzusuna həsr edilən televiziya proqramlarını qınayıb. O həmçinin bəzi vəkilləri də tənqid edib:

"Vəkillik institutu yarananda polisdən, prokurorluqdan, məhkəmədən qovulanlar, rüşvət üstündə işdən çıxarılanlar vəkilliyə üz tutdu.

Bu gün vəkillik institutunda nə nöqsan varsa, məhz onların əməllərinin bariz nümunəsidir, çünki onlar vaxtilə bu işlərlə məşğul olublar.

Hazırda qanunlar elə olmalıdır ki, onlar işin mahiyyətini insanlara anlada bilsin, iş məhkəməyə qədər gedib çıxmasın.

Mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bir sıra televiziya kanalları indi bu funksiyanı öz üzərinə götürməyə çalışır. Özünə ailə qura bilməyənlər televiziyalarda ailə məsələlərinə münasibət bildirirlər.

Vətəndaş təhqir olunur, bir tərəf məsələ qaldırır, vətəndaşın ailə sirri qanunlarla qorunur, bunu orada açıqlamaq olmaz. Bir kənddən gələn adamı biabır edirlər.

"Verilişim yaxşı olsun", - deyirlər. Başa düşdük, sənin proqramın yaxşı olsun deyə bunları edirsən, amma sənə bu səlahiyyəti kim verib?”

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər