Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - FOTO/VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bidlirilib ki, hərbi hissələrdə əvvəlcə şəxsi heyətlə nümunəvi dərslər keçirilərək mövsümi xidmət qaydaları izah edilib.
Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin yay mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.
Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikalara planlı şəkildə mövsümi qulluq göstərilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır. Həmçinin şəxsi heyətə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələbləri çatdırılır.
Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
