Şəmkir sakini Bakıdakı Şəhidlər xiyabanına kimi piyada yürüşə başladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qazax yolu boyu çiyninə aldığı Azərbaycan bayrağı ilə hərəkət edən şəxs görənlərin diqqətini cəlb edib.
Məlum olub ki, Şəmkir rayon sakini 35 yaşlı Səyyar Musayev paytaxta qədər olan 410 km-lik məsafəni piyada qət etmək niyyətindədir.
O, ümumilikdə 8 gün boyunca piyada yol getməklə 20 Yanvar hadisələrinin 30-cu ildönümü günü Şəhidlər Xiyabanına çatmağı arzulayır. Səyyar Musayev artıq yolun bir hissəsini arxada qoyaraq Goranboy rayonuna çatıb.
BAKU.TV-nin əməkdaşı ilə söhbətləşən Səyyar Musayev gecələr bir neçə saat istirahət etməklə yola davam etdiyini bildirib.
Səyyar Musayev paytaxta piyada getməkdə məqsədinin Şəhidlər Xiyabanının müqəddəsliyinə diqqət çəkmək olduğunu deyir. Onu yolda görənlər isə çay və yemək təklif etməklə yanaşı, onunla şəkil də çəkdirlər.
Yorulmadan yoluna davam edən Səyyar Musayev yanvarın 20-i səhər saatlarında Şəhidlər Xiyabanına çatmağı planlaşdırır.
Oxşar xəbərlər
Bakı 20 Yanvar faciəsinin 30-cu ildönümünə hazırlaşır - VİDEO
Bu il 30-cu ildönümü qeyd olunacaq 20 yanvar faciəsi ilə bağlı qəbul olunan tədbirlər planına əsasən, şəhidlər xiyabanında yenidənqurma və bərpa işlərinə başlan...