Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı - VİDEO

Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı - VİDEO
Video
Video 168

Xalq artisti Şahnaz Haşımova xəstəxanadan evə buraxılıb.

BAKU.WS xəbər verir ki, ötən həftə səhhətindəki problemlərlə bağlı tibb müəssisəsinə yerləşdirilən sənətçi artıq evinə yola salınıb.

Bu barədə Xalq artistinin bacısı, Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında bildirib.

"Çox şükür Şahnaz xanım artıq evə yazıldı, əziz dostlar", - deyə o, paylaşdığı videoya şərh yazıb.

Xatırladaq ki, Şahnaz Haşımova əvvəl Gəncədə xəstəxanaya yerləşdirilib, daha sonra isə Bakıya gətirilərək orada müalicə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər