Sevinc Çılğının sənət gecəsi keçiriləcək - FOTO/VİDEO

Tanınmış şair Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti olacaq.
“Adagio” adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Muğam Mərkəzinin foyesində şairin yeni kitabının - “Adagio”un təqdimatı ilə başlayan gecə, daha sonra Mərkəzin səhnəsində konsert proqramı ilə davam edəcək.
Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səslənəcək. Həmçinin məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa edəcək.
Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış edəcəklər.
Konsertin biletlərini Beynəlxalq Muğam Mərkəzinin və şəhərin kassalarından, həmçinin “iTicket” saytından onlayn əldə etmək mümkündür.

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
