Sel nəticəsində evi yararsız hala düşən şəxsə çadır ev quruldu - FOTO/VİDEO
21
iyn
2023
10:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinə Qax rayonu, Qaradolaq kənd sakini Salmanov Süleyman Məhəmməd oğluna məxsus evin intensiv yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Qaradolaq kənd sakini S.Salmanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Qalereya
Oxşar xəbərlər
"Özsüt", "KFC" restoranı, "50 qəpik" və digər obyektlərdə nöqsanlar aşkarlandı - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (...