Saxlanıldığı xəbəri yayılan biznes ledinin təzə görüntüsü yayıldı: "Mənə vaxt verin" - VİDEO

Saxlanıldığı xəbəri yayılan biznes ledinin təzə görüntüsü yayıldı: Mənə vaxt verin - VİDEO
Video
Video 2301

Saxlanıldığı barədə xəbər yayılan “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin əməllərindən əziyyət çəkənlər ATV-nin

" rel="external noopener noreferrer">"BizimləSən" proqramına müraciət ediblər.

BAKU.WS xəbər verir ki, verilişə gələnlər işə düzəlmək üçün ona böyük məbləğdə pul ödədiklərini bildiriblər.

Onların sözlərinə görə, "Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri insanları işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəyib. M.Süleymanzadə insanları Azfen, Tekfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər dələduza rast gəldiklərini yalnız ofis bağlandıqdan sonra tam anladıqlarını deyirlər.

Onlar qadını güdərək yaxalayıblar və pullarını tələb ediblər. Verilişə təqdim edilən videoda Mətanətin pulunu tələb edən insanlara "xahiş edirəm, birinci günə qədər dözün" deyərək vaxt istəməsini eşidirik. Lakin qurbanlar onun bu sözünə inanmayaraq polis çağırıblar. Mətanət Süleymanzadə 17-ci polis bölməsinə aparılıb. Onlarla insan DİN-in 102 qaynar xəttinə və polisə şikayət ediblər.

M.Süleymanzadə yerli mediada yetərincə tanınmış simadır. İndiyədək bir neçə mükafata layiq görülüb.

Qeyd edək ki, “Mak Marin LTD” şirkəti 01.05.2019 tarixində qeydiyyata alınıb. Qanuni təmsilçi olaraq Həsənova Mətanət Zahir qızı göstərilir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 36, mənzil 6 ünvanında qeydiyyata alınıb. Faktiki olaraq Əlyar Əliyev küçəsi 69 ünvanında fəaliyyət göstərirdi.

Xatırladaq ki, bir müddət əvvəl "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı adıçəkilən M.Süleymanzadənin dələduzluğu barədə sosial şəbəkədə ictimaiyyəti məlumatlandırmışdı. Hüquq müdafiəçisinin sözlərinə görə, Süleymanzadə bundan əvvəl "Topstaff" və "MAcstaff" adlı şirkətlər yaradaraq dələduzluq edib. İndi isə “Mak Marin LTD” adlı şirkəti vasitəsilə insanları aldadıb, pullarını alıb.

Son xəbərlər