Rusiya Belarusa kömək edəcək - VİDEO

Rusiya Belarusa kömək edəcək - VİDEO
Video
Video 794

Belarusdakı müxalifət tərəfdarları kiçik qruplarla Minskdə Prezident Aleksandr Lukaşenkoya dəstək mitinqinin keçirildiyi meydana tərəf gediblər. Yerli mətbuatın yaydığı məlumata görə, meydan tədricən insanlarla doldurulub, təxminən 5 min nəfərin iştirak etdiyi bildirilir. Müxalifətin tərəfdaşlarının az olduğu qeyd olunub, onların bəzi nümayəndələri şüarlar, vətənpərvərlik mahnıları səsləndiriblər.

Belarusdakı hadisələrin fonunda Rusiya prezidenti Vladimir Putin ilə Belarus dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Məlumata görə, hər iki dövlət başçısı Belarus daxilində və onun ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

Xarici təhdidlər baxımından vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya Belarusa İttifaq dövlətin yaradılması haqqında müqavilənin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə problemlərin həllində kömək etməyə hazır olduğunu təsdiqləyib.

Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-da baş tutub. MSK-nın son məlumatlarına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80,1% səslə seçkini qazanıb. 10,12% səslə ikinci yeri Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya tutub. O, seçkinin nəticələrini tanımayıb.

Son xəbərlər