İrəvan Ermənistana veriləndə kimlər etiraz etdi? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.TV-də yayımlanan “Qərbi Azərbaycan xronikası” verilişinin növbəti buraxılışı efirə gedib.
Verilişin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov olub.
O, Azərbaycan torpaqlarının daşnaklara verilməsi vədindən bəhs edib:
“Qərbi Azərbaycanın İrəvan şəhəri də daxil olmaqla 9 min kvadratkilometri 1918-ci ilin may ayının 29-da heç bir referendum keçirilmədən, üstəlik, həmin ərazidən seçilən üç deputatın iki dəfə etiraz etməsinə baxmayaraq, Azərbaycan Milli Şurasının qəbul etdiyi qeyri-legitim qərarla ermənilərə güzəştə gedilib. Bu məkanda Ermənistan mövcud olmayıb. 1918-1920-ci illərdə daşnak Ermənistanı ilə sovet Rusiyası arasında gedən məxfi danışıqlar nəticəsində onlara sovet hakimiyyətini qəbul edəcəkləri təqdirdə Azərbaycan SSR-in torpaqlarından veriləcəyi vəd edilmişdi”.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...