Qəzada ölən Lalənin valideynləri GÖZ YAŞINA BOĞULDU– VİDEO
30
okt
2018
09:12
ARB TV-nin “Bu qədər” verilişində 2017-ci il martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasından sonra komaya düşüb həyatını dəyişən Lalə Nəsibzadədən danışılıb.Lalə 1999-cu il yanvarın 22-də Bakıda anadan olub. Ailənin ikinci və sonuncu övladı idi.Yaşar Ələsgərov – Lalə Nəsibzadənin atası: “18 yaşı təzə tamam olmuşdu. 12-13 yaşlı uşaq xarakterində idi. Həmişə mənim işdən gəlməyimi gözləyirdi. Evə girəndə sevinib qollarını açıb məni qucaqlayırdı. Həmişə öpürdüm onu. Sonsuz məhəbbətim indi də var, amma öpə bilmirəm. Təsəvvür edin ki, ailənin dərdi mənə şeir yazdırdı”.Yaşar Ələsgərov qızı Laləyə yazdığı şeirini qəhər hissində boğulsa da deyib:Sənsiz qeyd olunan ilk doğum günüNə özün gəlmədin, nə də bir ümidAta çox darıxır balası üçün,Görməyə yanına gedə bilmirəm.Nə deyim taleyin bu yazısına,Tale yazan yerdə qələmi sına.Belə dağ olarmı ata bağrınaBalamı bağrıma sıxa bilmirəm...Bilmirəm ağlayım, bilmirəm gülüm,Məkanın cənnətdir, bilirəm, gülüm.Sənə qovuşdurar məni tək ölümNə vaxta yazılıb, onu bilmirəm.Mərhum Lalə Nəsibovanın anası Naibə xanım isə hələ də qızının bu dünyada olmadığına inanmır.Naibə Ələsgərova – Lalə Nəsibzadənin anası: “Baxmayaraq ki, ailənin ikinci övladı idi, atası üçün onun dünyaya gəlməsi başqa bir bayram idi. İnanmadığım üçün Allah rəhmət eləsin deyə bilmirəm. Hər şeyimiz var, amma, qızım yoxdur. Atasını çox sevirdi”.Martın doqquzu - Lalənin qəzaya düşdüyü günü valideynləri belə xatırlayır:Yaşar Ələsgərov – Lalə Nəsibzadənin atası: “Həmin gün tez çıxdı evdən. Sən demə, mən onu ölümə göndərirmişəm. Səhər bizə Lalənin telefonundan zəng gəldi. Əvvəlcə anası götürdü. Mən bayırda idim. Girdim evə, gördüm ki, anası təlaş içindədir. Dedi ki, qəza olub. Sonra yenə də zəng elədim Lalənin telefonuna. Oğlan açdı. Soruşdum ki, “uşaq özü niyə danışmır?”. Dedi ki, uşaq qanın içindədir, götürdülər Semaşkaya. Getdim ora. Üzünə su vurdum, ayıldı. Ayılan kimi, telefonu verib dedi: “Atama zəng edin”. Sonra da huşunu itirdi”. Naibə Ələsgərova – Lalə Nəsibzadənin anası: “O gün heç vaxt yadımdan çıxmaz. Evdən çıxanda üşütmə keçdi canımdan. Əl elədi bizə, getdi. Sonra zəng edib dedilər ki, avtobus qəzaya uğrayıb. Heç bilmirəm neylədim, qışqırıb ağladım. Yaşara dedim, tez çıxdı evdən. Bilmirdim ki, o biri uşaqlar ölüblər”.Bu hadisənin səbəbkarlarından biri də Namiq Hüseynovdur. O artıq 10 il azadlıqdan məhrum edilib. Həyatda yaşamağa ona vicdanı yol verməsə də, özünün də dediyi kimi ölmüş kimi yaşayır.Namiq Hüseynov: “Valideynlərin qarşısında baş əyib üzr istəyirəm. Bilirəm, bağışlaya bilməzlər. Az da olsa, halallıq istəyirəm. Nə vaxtsa çıxsam, valideynlər icazə versə, o uşaqların qəbrini ziyarət edəcəm”.“Əgər övladımın məzarını ziyarət etmək istəyərsə, yox demərəm”Allah rəhmət eləsin.BAKU.WS
Oxşar xəbərlər
Almazın İsveçdə yaşayan qızı ana oldu - "O hissləri çatdıra bilmirəm" (FOTO)
Əməkdar artist Almaz Ələsgərova nənə olub. BAKU.WS-in məlumatına görə, müğənninin İsveçdə yaşayan qızı Mədinənin övladı dünyaya gəlib. A. Ələsgərova sevincini s...