Almazın İsveçdə yaşayan qızı ana oldu - "O hissləri çatdıra bilmirəm" (FOTO)

Almazın İsveçdə yaşayan qızı ana oldu - O hissləri çatdıra bilmirəm (FOTO)
Şou-biznes 13044
Əməkdar artist Almaz Ələsgərova nənə olub. BAKU.WS-in məlumatına görə, müğənninin İsveçdə yaşayan qızı Mədinənin övladı dünyaya gəlib. A. Ələsgərova sevincini saytımızla bölüşüb:"Bu hissi yaşamağı bütün analarımıza arzu edirəm. Həmişə nənə olanlardan soruşurdum ki, o necə hissdir? İndi yaşadığım o hissləri çatdıra bilmirəm. Nəvəm ad günümdən iki gün sonra doğuldu. O da mənim kimi tərəzi bürcündəndir. Çox xoşbəxtəm". Xatırladaq ki, oktyabrın 6-da Almaz Ələsgərovanın 52 yaşı tamam olmuşdu.Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər