Qızını nişanlayan Dilarə: “Göz yaşları insanı boğur...” (FOTOLAR)
31
avq
2018
12:05
Avqustun 29-da əməkdar artist Dilarə Əliyeva ilə “Soy production”ın rəhbəri Oqtay Əliyevin qızı Aytənin nişan mərasimi baş tutub. Qızının xoş günündə çox sevincli görünən aktrisa təəssüratlarını BAKU.WS saytı ilə bölüşüb:“Adam çox qəribə hisslər keçirir, bir anlıq özünü çox xoşbəxt hiss edirsən, sevinc göz yaşları insanı boğur. İnsan bu hissləri sözlə ifadə etməyə bir az çətinlik çəkir. Qızım Aytən öz istəyi ilə ailə həyatı qurur. Onun istəyinə bütün böyüklərimiz xeyir-dua verib. Əsas odur ki, onların bir-birilərini sevir. Övladlarımız xoşbəxt olursa, biz ikiqat xoşbəxt oluruq. Bir ana kimi Aytənlə Sadiqə bu dünyada xoşbəxtlik arzulayıram. Bir sözdən ibarət olan “xoşbəxtlik” sözündə bütün dünya var və istəyirəm ki, bütün dünya onların olsun. Bütün oğul, qız övladı böyüdən atalara, analara belə bir gözəl duyğunu yaşamağı arzulayıram”.Qeyd edək ki, cütlüyün toyu dekabr ayında keçirilməsi planlaşdırılır. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"Brilliantlarını yatanda da çıxartmır" - Dilarə Əliyeva ilk dəfə onun haqqında danışdı - FOTO
Əməkdar artist Dilarə Əliyeva yeni filmə çəkilir.BAKU.WS xəbər verir ki, çəkilişləri davam edən "Əfsanə qayıdır" filmində baş rollardan birini ifa edən D. Əliye...