"Brilliantlarını yatanda da çıxartmır" - Dilarə Əliyeva ilk dəfə onun haqqında danışdı - FOTO
26
iyl
2018
15:08
Əməkdar artist Dilarə Əliyeva yeni filmə çəkilir.BAKU.WS xəbər verir ki, çəkilişləri davam edən "Əfsanə qayıdır" filmində baş rollardan birini ifa edən D. Əliyeva bu haqda ilk dəfə saytımıza danışıb:"Bu filmdə mən Əfsanə obrazını canlandırıram. Həyat yoldaşımı isə "Vicdan haqqı" serialından yaxşı tanıdığınız əməkdar artist Elxan Yunis oynayır. Çox yaxşı tanııdğınız aktyorlar Nicat Rəhimov və Fərda Amin də bu filmdə rol alıblar. Obrazıma gəldikdə isə, Əfsanə varlı ərini qısqanan, daim onun şəxsi həyatında nə isə axtaran və tez-tez gülməli hadisələrlə rastlaşan bir xanımdır. Mənəvi baxımdan kasıb olan obrazım adicə brilliantlarını yatanda da çıxartmır. Çəkilişlərimiz həm Qubada, həm də Bakıda olub. Komediya janrında olan ekran işinin quruluşçu rejissoru Emil Abdullayev, ssenari müəllifi isə Fariz Əliyevdir. Ssenarini mən də, digər aktyorlar da çox bəyənib. Ssenari gözəl olanda biz də həvəslə oynayırıq. Film İnşallah dekabr ayında şəhərimizin bütün kinoteatrlarında nümayiş olunacaq. Ümid edirəm ki, tamaşaçılar bu obrazımı da bəyənəcəklər". BAKU.WS
Oxşar xəbərlər
Emin Ağalarov Bakıda film çəkir - FOTOLAR
Müğənni, bəstəkar Emin Ağalarovun baş prodüserliyi ilə yeni film çəkilir. BAKU.WS xəbər verir ki, "Jara v Baku" ("Жара в Баку") adlanan filmdə həm azərbaycanlı,...