Quru Qoşunlarının təlimindən görüntülər - VİDEO

Quru Qoşunlarının təlimindən görüntülər - VİDEO
Video
Video 75

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N saylı hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.

Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.

Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər