“Qırmızı Körpü”də yaranan sıxlığın səbəbi açıqlandı

“Qırmızı Körpü”də yaranan sıxlığın səbəbi açıqlandı
Video 499

Ötən gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, Gömrük xidməti polkovniki Natiq Axundov bunun səbəbini açıqlayıb.

O bildirib ki, gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub:

“Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Hazırda "Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər