Qaz kəmərlərini kimlər sıradan çıxarır - Səbəbkarlar açıqlandı - VİDEO

Qaz kəmərlərini kimlər sıradan çıxarır - Səbəbkarlar açıqlandı - VİDEO
Video
Video 315

Bəlkədə digər fəsillərdə bir müddət təbii qaz olmadan dözmək olar. Amma qış fəslində vəziyyət bir qədər dəyişir.

Bununla yanaşı qəzaların da baş verməsi danılmazdır. Bəzən isə bilərəkdən qəzaları törədənlər var.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bəzən ehtiyatsızlıqdan, bəzən də məsuliyyətsizlikdən qaz kəmərlərində baş verən qəzalar abonentlərin çətinliklə üzləşməsinə səbəb olur.

Xüsusilə, qış aylarında qaz təchizatının dayanması əhalinin narazılığını artırır, çünki evlərinin qızdırılması ilə bağlı problemlər yaranır.

Bəs qaz kəmərlərində mütəmadi qəzaların baş verməsinin əsas səbəbləri hansılardır?

Düzdür, bu qəzalardan heç kəs sığortalanmayıb, amma bu günə kimi aparılan müşahidələr onu göstərir ki, problemin yaranmasına daha çox özəl şirkətlərin apardığı qazınti işləri və ərazidə baş verən avtomobil qəzaları səbəb olur.

Bu gün şaqman markalı avtomobilin etdiyi qəza nəticəsində Pirallahı qala qəsəbəsi ərazisindən qidalanan boru xəttləri zədələnərək sıradan çıxıb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, özəl şirkətlər qəza törədəndə qurumun cərimə tətbiq etmək funksiyası yoxdur, amma itmiş qazın bərpası ilə bağlı məsələ qaldırılır.

"Kəmərlə bağlı lazımi vəsaitin ödənilməsi, lazım olan avadanlığın bərpasına köməkliyin göstərilməsi onların üzərində olur. Əgər qəzanı hər hansı avtomobil törədibsə o zaman sığorta şirkətinə bununla bağlı məlumat göndərilir Və dəymiş ziyanı onlar ödəyir", - deyə Ceyhun Səfərov bildirib.

Yanvarın 12-də yol tikintisi ilə məşğul olan podratçı şirkət tikinti apararkən Qaz İxrac İdarəsinin balansında olan "Xaldan-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib. Baş vermiş qəzanın aradan qaldırılması zamanı Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər