Qalmaqallı 3 saylı uşaq evinin rəhbəri baş verənlərə münasibət bildirib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonundakı 3 saylı uşaq evində baş verənlər barədə videosu ilə gündəmə gələn, daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirilən 16 yaşlı yeniyetmə evə buraxılıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Psixiatriya Xəstəxanasının baş direktorunun müavini Vüqar Yusifov bildirib ki, yeniyetməni qardaşı xəstəxanadan çıxarıb.
Yeniyetmənin qardaşı Əli Hacıyev isə bildirib ki, qardaşı özünü yaxşı hiss edir.
3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynova da baş verənlərə münasibət bildirib. O əlavə edib ki, yeniyetmə sığınacağa yerləşdiriləcək.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib ki, bu gün müvafiq dövlət qurumları arasında görüş keçirilib. Belə qənaətə gəlinib ki, yeniyetmənin hazırkı vəziyyətdə uşaq evinə qayıtması məqsədəuyğun deyil. Onun Sosial Xidmətlər Agentliyinin nəzdindəki reabilitasiya mərkəzinə yerləşdirilməsi uyğun olar.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...