Qala qəsəbəsindəki ferma sakinlərin kabusuna çevrilib - VİDEO
Xəzər rayonu, Yeni Qala qəsəbəsi, Babək küçəsində yaşayan sakinlər ərazidə yerləşən fermadan şikayətçidirlər.
Vətəndaşları narahat edən məsələ tövlədə saxlanılan heyvanların qoxusu və havalandırma sisteminin səsidir.
Ərazidə yaşayan sakin narahatlığını Baku TV ilə bölüşüb:
"Bura yaşayış sahəsidir. Ərazidə tövlə tikilib və içərisində iribuynuzlu, xırdabuynuzlu heyvanlar saxlanılır. Evində oturub pəncərəni açırsan, peyinin qoxusu evə dolur".
"İçəridə çoxlu keçi var. Səhərlər qoxudan çölə çıxa bilmirik. Artıq bezmişik, nə qədər demək olar, heç kim bizə məhəl qoymur", - deyə başqa bir sakin söyləyib.
Sakinləri narahat edən məsələ ilə əlaqədar ferma sahibi bildirib ki, havalandırma sistemi artıq istifadə olunmayacaq.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...