Putin erməniəsilli diplomatı niyə işdən çıxardı? - Korotçenkodan AÇIQLAMA + VİDEO

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında daimi və səlahiyyətli nümayəndəsi erməniəsilli Mikael Ağasandyanın dəyişdirilməsi prosedur xarakteri daşıyır.
Bunu Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko “Baku TV”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağasandyanın Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev ilə əvəzlənməsi planlı şəkildə həyata keçirilən rotasiya prinsipinə əsaslanır.
Politoloqun fikrincə, bu kadr dəyişikliyinin Rusiya və Ermənistan arasında KTMT ilə bağlı böhranla əlaqəsi yoxdur.
Daha ətraflı “Baku TV”nin videomaterialında:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
