Pullu yoldan istifadə belə olacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı – Quba - Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət həddi eyni, ödənişin həcmi isə fərqli olacaq.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, tariflər avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, adıçəkilən yol əvvəlkindən daha qısa, sürətli və rahat olacaq.
Yoldan istifadəyə görə ödəniş Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq.
Xüsusi radar-tərəzilər vasitəsilə əvvəlcədən yük avtomobillərinin parametrləri - çəkisi, normadan artıq yüklənib - yüklənmədiyi müəyyən ediləcək və sistemə ötürüləcək. Nəticələrdən asılı olaraq həmin nəqliyyat vasitələrinin ödənişli yola buraxılıb - buraxılmayacağı müəyyən ediləcək.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...