Problemli kreditlərlə bağlı YENİ XƏBƏR: kompensasiyanın verilməsinə başlanılır - VİDEO
15
apr
2019
21:29
Bu aydan problemli kreditlər üçün hesablanan kompensasiyanın verilməsinə başlanılacaq. Adı indiyədək siyahıda çıxmayan vətəndaşlar isə bu gündən Maliyyə Bazarlarına Nəzarət Platasının saytina daxil olaraq onlara tətbiq ediləcək kompensasiya və güzəştlərlə bağlı məlumat ala bilərlər. Maliyyə Bazarlarına Nəzarət Platası kompensasiyadan yararlanacaq bütün şəxslərin adlarını və məlumatlarını sistemə daxil edilməsini başa çatdırıb.BAKU.WS-in məlumatına görə, palatanın idarə rəisi Tural Feyzullayev Xəzər Tv-yə bildirib ki, vətəndaşlar bu gündən yenilənmiş məlumatları əldə edə bilərlər.Adı sistemdə əks olunmayan vətəndaşların müraciətinə isə Maliyyə Bazarlarına Nəzarət Palatasında qanunda nəzərdə tutulmuş müddətdə baxılacaq. Vətəndaşlar adları siyahıda olmadığını müşahidə etdikdə krediti aldıqları banka da müraciət edə bilərlər.Kompensasiyaların verilmə müddəti də artıq bəllidir.Qeyd edək ki, dövlət başçısının fevralın 28-də imzaladığı fərmana əsasən, 10 min dollar və ya ona bərabər olan manat kreditlərinə görə vətəndaşlara kompensasiyanın verilməsi və digər güzəştlərin edilməsi tapşırılmışdı.BAKU.WS
Oxşar xəbərlər
Problemli kreditlərə görə kompensasiya alacaq şəxslərin nəzərinə!
Sabah problemli kreditlərlə bağlı kompensasiya alacaq vətəndaşlar barədə məlumatların tam olaraq “pk.fimsa.az” portalına inteqrasiya olunması prosesi yekunlaşac...